Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb](https://images.oxu.az/2024/08/14/ssBq4oa0MaIi8DKctUzsHxNhpshs4IQQ4AV4dVBH:1200.jpg)
Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən "Şəfa" MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Bu barədə AQTA-dan Oxu.Az-a bildirilib.
Yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal, saxlanc və digər proseslərin eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Müəssisədə işçilərin tibbi müayinədən keçmədiyi, fərdi mühafizə vasitələrindən istifadə etmədiyi aşkar edilib. İstehsal olunan "Şəffaf su" məhsullarının etiketlənməsində isə qanunvericiliyin (hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli) tələblərinin pozulduğu məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. İstehsal müəssisəsinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Bəzi sosis və kolbasaların istehsalı dayandırılır: Tərkibində donuz DNT-si aşkarlanıb
- AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Çörəkdən siqaret kötüyü çıxıb? - Şirkətdən iddialara CAVAB
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
Rəylər