Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin sərəncamına görə, III dərəcəli apostola bərabər müqəddəs knyaginya “Olqa” ordeni ilə təltif edilib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Həştərxan vilayətinin “astrobl.ru” rəsmi saytının məlumatına görə, o, bu mükafata Həştərxan şəhərində apostola bərabər knyaz müqəddəs Vladimirin heykəlinin qoyulması və Kreşeniya Rusinin 1 025 illiyi ilə əlaqədar, həmçinin Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə layiq görülüb.
Müqəddəs apostola bərabər knyaginya “Olqa” ordeni 1988-ci ildə Kreşeniya Rusinin 1 000 illiyində təsis edilib.
Bu mükafata kilsə, dövlət və ictimai işlər üzrə müxtəlif sahələrdə xidmətlərinə görə qadınlar mükafatlandırılırlar.
Bu mükafatın yüksək statusu əvvəllər bu ordenin Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Böyük knyaginya Mariya Vladimirovna Romanovanın mükafatlandırılması ilə öz təsdiqini tapıb.