Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva ən sevimli şəhərlərindən danışıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva sevdiyi şəhərlər haqqında yazı hazırlayıb.
Onun yazısı sosial şəbəkədə yerləşdirilib:
“Bakı – mənim sevgim, doğma vətənim, dünyanın ən isti şəhəri.
Moskva – mənim işlədiyim və çoxsaylı dostlarımın yaşadığı şəhər.
London – buranı mən beş barmağım kimi tanıyıram. Bu yeganə şəhərdir ki, orada mən şəxsi avtomobilimdə sükan arxasında otura bilirəm”.
