Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi Facebook səhifəsində tələbəlik illərini əks etdirən videoçarx paylaşıb.
Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, videoda L.Əliyevanın həyat yoldaşı Emin Ağalarovla, eləcə də müəyyən vaxtlarda çəkilmiş fotoları yer alıb.
Qeyd edək ki, Leyla Əliyeva 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.
Həmin videonu təqdim edirik: