Lökbatan qəsəbəsində bəzi ərazilərdə iki gündür su gəlmir.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, İntiqam Nabiyev, 1 ünvanında su təchizatı ilə bağlı problemlər əvvəllər də yaşanıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza baş verib.
Qurumdan qeyd olunub ki, sızma müvafiq sukanal idarəsinin qəza briqadası tərəfindən operativ şəkildə aradan qaldırılıb.
"Suyun əvvəlki rejimlə verilməsinə başlanılıb. Hazırda xəttin doldurulması işləri həyata keçirilir", - deyə açıqlamada bildirilib.
Lakin sakin bildirib ki, açıqlamaya baxmayaraq, onun yaşadığı ünvanda su hələ də gəlmir.