Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev ağac başında qeyri-adi çayxana düzəldib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, əvvəlcə 13 il ərzində ərsəyə gətirdiyi, müxtəlif meyvə və dekorativ bitkilər becərdiyi bağında adi bir çayxana yaradan Masallı sakini sonradan qərara gəlib ki, müştəri cəlb etmək üçün orjinal ideya həyata keçirsin.
Beləliklə, M.Şirəliyev yerdəki çayxanası ilə yanaşı, ağacda da belə bir məkan yaratmaq qərarına gəlib. Bunun üçün bağındakı 35 metr hündürlüyündə olan Göyrüş ağacında oturan müştərilər üçün 50 metr uzaqlıqdan kanat vasitəsi ilə çay dəstgahı gətirilir.
Hazırda bu çayxanada istirahət edib, çay içmək istəyənlərin sayının çox olduğunu deyən M.Şirəliyev hətta bunun üçün günlərlə növbə gözləyənlərin olduğunu söyləyib.
Müştərilər də bu isti yay günlərində 35 metr hündürlükdə, sərin havada çay içməyin ləzzətli olduğunu deyirlər.
www.oxu.az