Masallı rayonu, Qəriblər kəndində kottecdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
18:56
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, meşəlik ərazidə istirahət mərkəzinə aid kottecdə açıq alov müşahidə olunur. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğın saat 17:51-də məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.