“Neftçi” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşq prosesi həyata keçirib.
Bu barədə “Neftçi” FK məlumat yayıb.
Qeyd edək ki, məşq “Smena” stadionunda keçirilib.
15:26
“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə qoşulub.
Klubdan verilən məlumata görə, “ağ-qaralar” bu gün rumıniyalı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxacaq.
“Smena” stadionunda keçiriləcək hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.