Bu gün Abşeron rayonu, Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Masazır qəsəbəsindən Bakı istiqamətində olan yolda, 50 CZ 847 dövlət nömrə nişanlı VAZ 2106 markalı minik avtomobili ilə 90 DE 760 markalı Mercedes minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən və yaralı gənclərdən biri xalaoğludur.
A.M.