Qaydaları pozan Əməkdar artist Aqşin Abdullayevlə bağlı tədbir görülüb.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib.

O qeyd edib ki, sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbiri görülüb.
"Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydlarına ciddi riayət etsinlər", - deyə E.Hacıyev əlavə edib.
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Oxu.Az xəbər verir ki, sənətçi qayda pozuntusunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdən məlum olur ki, 90-RX-200 dövlət qeydiyyat nişanlı "Cadillac" markalı avtomobil yolun hərəkət hissəsində saxlanılıb. Sənətçi avtomobildən düşərək yolun ortasında mahnı oxuyub.
Bu zaman digər avtomobillərin hərəkətinə maneə yaranıb və qəza riski meydana çıxıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.