Azərbaycanın bir neçə rayonuna qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilir ki, Quba və Gədəbəy rayonlarının dağlıq ərazilərinə qar düşüb. Axşam saatlarında yağan sulu qar sonradan qara keçib. Səhər saat 8 radələrində Qudyalçay-Xınalıq məntəqəsində qarın qalınlığı 15 sm olub.
10:20
Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.
Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.
Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.