Bu il Azərbaycanda şagirdlərin payız tətili günləri məlum olub.
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il 5 və 6 günlük məktəblərin şagirdlərinin tətil günləri eyni vaxtda olacaq.
2014-2015-ci dərs ilində payız tətili günləri əvvəlki illərdə olduğu kimi 12-17 noyabr tarixlərindədir.