Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mərdəkan qalasının sirri: "Bakı qoçuları ermənilərin qarşısını burada alırdılar"
Baku TV-nin efirində "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında 40 ildir gözətçilik edən Mərdəkan sakini Vidadi Yaftumov Mərdəkan qalasından, abidənin sirrindən bəhs edib:
"Bakı qoçuları ermənilərin qabağını burada alırdı. Bütün Abşeron kəndlərində sahilboyu qalalar olub: müdafiə və müşahidə qalaları. Dördkünc formada olan müdafiə, girdə şəklində olan qalalar isə müşahidə üçün tikilib".
O, Bakı kəndlərinin bir-biri ilə çox yaxın münasibətdə olduğunu söyləyib:
"Toy-nişan olanda Şüvəlan, Binə, Maştağa sakinləri həmişə bir yerə yığışardı. Bizi ayıran şey olmayıb. Əksinə, bir-birimizə daha da yaxınlaşırıq. Ayrı-ayrı Bakı kəndlərindən olan cavanlar evlənir, ailə daha da böyüyür".
Vidadi dayı "Bir qalanın sirri" filminin 1959-cu ildə onların evində çəkildiyini də qeyd edib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- 15 nəfəri ölümə aparan spirt satışdan yığışdırılıb? - Xəbərlərin 20:00 buraxılışı
- Orxan Lökbatanlı: "Meyxanaçıların normal həyatı olmur"
- "Global Media Group"a qarşı növbəti kiberhücumun da qarşısı alınıb
- MEDİA kiberhücumla bağlı məlumat yaydı
- Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"