Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur cərrah Dilqəm Məhərrəmovun lisenziyası ilə bağlı AÇIQLAMA
"Baku Medical Plaza" estetik cərrah Dilqəm Məhərrəmovla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, klinikanın "Medilux" filialının da daxil olduğu "AZERA Holdinq"in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov "Qafqazinfo"ya bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Dilqəm Məhərrəmov işinin başındadır.
Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.
Oxu.Az Bakupost.az-a istinadən məlumat verir ki, məşhur plastik rekonstruktiv cərrah, Xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.
Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi.
Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var. D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.
"Tibb müəssisələrinin akkreditasiyası" teqi üzrə xəbərlər
- "Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı fəaliyyətini davam etdirir - ÖZƏL
- Nazirliyin göstərişinə məhəl qoymayan məşhur estetik klinikanın lisenziyası dayandırıldı
- Stomatoloji klinikalarda yoxlama aparılıb: Lisenziyası ləğv edilən var?
- İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT
- LİSENZİYA müəmması: PLASTİK CƏRRAHLAR qeybə çəkildilər, vəkil məhkəmə ilə hədələyir