Bakının Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasından çıxan 1960-ci il təvəllüdlü Bayramov Fazil Qurbanəli oğlu özünə bir neçə bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
www.oxu.az