Bakı metropoliteninin "ən gənc sərnişini"nə xüsusi sertifikat təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu gün Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.