Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Metronun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində mağazalar işini dayandırdı
Metronun "20 Yanvar" stansiyasının keçidlərində fəaliyyət göstərən mağazalar bu gün səhər saatlarından etibarən fəaliyyətini dayandırıb.
Baku TV mağazaların hansı səbəbdən bağlandığını öyrənmək üçün sahibkarlarla söhbət aparıb.
Onların sözlərinə görə, mağazaların fəaliyyətinə qoyulan qadağanın dəqiq səbəbi hələ ki məlum deyil.
"Gündəlik çörək puluna işləyən adamlarıq. Səhərdən axşama qədər çalışırıq. Çətin vəziyyətdə qalmışıq", - deyə sahibkar narazılıq bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
Bakı metropoliteninin "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
APA-nın məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "20 Yanvar" və "Cəfər Cabbarlı" metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı bildirilib.
Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar da hələlik açıqlama yaymayıblar.
Rəylər