"Bu gün səhər metro qatarlarının hərəkətində hər hansı bir problem müşahidə edilməyib".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
"Səhər saatlarında "Koroğlu" stansiyasının girişindəki sıxlıq da pik saatlarda yaranan adi vəziyyətdir. Narahatlıq üçün heç bir səbəb yoxdur", - deyə B.Məmmədov bildirib.
Bakı metrosunun "Koroğlu" stansiyasının girişində sıxlıq müşahidə olunur.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub.
Səhər saatlarından stansiyanın girişində yaranan sıxlığın səbəbi hələlik məlum deyil.
