Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Milli Orduda insident: hərbçimiz öz yoldaşını güllələdi
Hadisə Azərbaycan Ordusunda silahlı insident olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib.
Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
- Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək