Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bayraq Meydanının dənizkənarı gəzinti zolağı istifadəyə verilib
Dövlət Bayrağı Günü münasibətilə bu gündən etibarən Bayraq Meydanının dənizkənarı gəzinti zolağı əhalinin istifadəsinə verilib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Bayrağı Meydanı Kompleks İdarəsinin rəisi Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, Bayraq Meydanının üst və muzey hissəsinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.
Bununla bağlı prosedurlar 2-3 aya tamamlanacaq.
R.Məmmədov bildirib ki, bu günədək meydanın dənizkənarı hissəsində işlər yekunlaşıb:
"Təmir-bərpa işləri başa çatdırılıb və bu gündən etibarən şəhərimizin sakinləri buranı ziyarət edirlər".
Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində- Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.
Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən keçirilib.