Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Böyük yüklə magistral yola çıxan minik avtomobili ilə bağlı araşdırmalara başlanıldı
Yükdaşıma qaydalarını kobud şəkildə pozan 10-FX-652 dövlət nömrə nişanlı, VAZ-2103 markalı avtomobil etibarnamə əsasında idarə olunur.
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hazırda sürücüsünün şəxsiyyəti araşdırılan sözügedən nəqliyyat vasitəsi bu gün Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən Bakı-Ələt avtomobil yoluna çıxıb, lakin qısa müddət sonra baş yolu tərk edərək yenidən adıçəkilən yaşayış məntəqəsinə daxil olub. Digər hərəkət iştirakçıları tərəfindən qeydə alınaraq sosial mediada yayımlanan sözügedən fotomaterial üzrə hazırda araşdırma aparılır, qaldırılan məsələyə hüquqi qiymət veriləcək", - deyə açıqlamada qeyd olunub.
Ələt-Bakı yolunda hərəkət edən minik avtomobili ətrafdakıların diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, VAZ-2103 markalı 10-FX-652 dövlət nömrə nişanlı minik avtomobili təhlükəli şəkildə yüklənərək hərəkətin intensiv olduğu yolda hərəkət edir. Fotonun bir neçə dəqiqə əvvəl çəkildiyi bildirilir.
Fotonu təqdim edirik:
Əzizə İsmayılova
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2025