Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mirasdan imtina etməmək mirasın qəbulu sayılacaq
Mirasdan imtina etməmək, şərti olaraq mirasın qəbulu hesab olunacaq.
Oxu.Az xəbər verir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kazino oyunlarının təşkili və keçirilməsi yalnız süni torpaq sahələrində olmaqla nəzərdə tutulur
- Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib
- Xalqın birliyinin rəmzi - Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI
- Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"
- Musa Quliyev: "15 İyun Azərbaycanın taleyini dəyişən tarixdir"