“Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru təyin olunub.
Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb.
Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.