Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MM üzvü: "2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq"
"2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq".
"Report" xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.
"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.
Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Bəzi şəxslərin ödədiyi vergi bu gündən dörd dəfə azaldıldı
- Sabahdan hansı artımlar qüvvəyə minəcək?
- Vüqar Bayramov: "Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb"
- Vüqar Bayramov: "2018-2024-cü illərdə müavinət və təqaüdlərdə 5 dəfə artım olub"
- Prezident büdcəni təsdiq etdi: Maaş, pensiya, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
Rəylər