Tanınmış rusiyalı bloqer Rövşən Əsgərov Moskvada, Biryulovada faşist salamı (ziq) verənlər arasında “Naşi” hərəkatının fəal üzvü, MDU-nun sosiologiya fakültəsinin tələbəsi olan Levon Arzumanyanı tanıyıb.
Oxu.Az-ın haqqin.az-a istinadən verdiyi xəbərə görə, R.Əsgərov yazır ki, Biryulovada “ziq verənlərdən” biri xüsusilə də əcnəbi fotoqrafların qarşısında tez-tez peyda olur və özünü bütün telekameralara soxurmuş.
Onun 14 yaşlı qızların təkrarladıqları “faşist salamı” internetdə şübhələrə səbəb olub:
“Bu “faşistin” üzü çox tanış gəlir. Bundan başqa, onun hərəkətləri təxribatçılara xas hərəkətlərdir. Tez bir vaxtda aparılmış araşdırma gözlənilməz nəticələrə gətirib çıxardı: “ziqa verən” faşist MDU-nun sosiologiya fakültəsinin tələbəsi və “Naşi” gənclər hərəkatının fəal üzvü, “Seliger” düşərgəsinin iştirakçısıdır. Onun adı Levon Arzumanyandır, özü Soçidəndir. Onun meydandakı fəal hərəkətləri rəsmi və liberal mətbuata ölkədə rus faşizminin qızışmasından danışmağa imkan verdi” – deyə, bloqerlər yazırlar.