Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Nabranda qeydə alınıb.
Belə ki “Vaz 2109” markalı avtomobil 3 piyadanı vurub.
Onlardan İstisu qəsəbə sakini 22 yaşlı Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində həyatını itirib.
Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tehran Orucoğlu