Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub.
APA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə rəhbərlik müvəqqəti olaraq DMX-nin Təşkilat-nəzarət baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib. Bu səbəbdən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev və xidmət rəisinin müavini, miqrasiya xidməti müşaviri Elnur Məmmədovun vəzifələri ləğv olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına əsasən isə Naxçıvan Regional Miqrasiya Baş İdarəsi yaradılıb.
"DMX" teqi üzrə xəbərlər
- Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"
- Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
- Ötən ay 14 nəfər Azərbaycana readmissiya olunub
- Bu il neçə nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib?
- Azərbaycana 1 150 nəfərin girişi məhdudlaşdırılıb
Rəylər