Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
"Hadisə ilə əlaqədar 24 iyun 2026-cı il tarixində saat 17:15-dən etibarən Şahbuz rayonunun Şada və Badamlı kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb", - deyə məlumatda qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki bəzi çaylarda sel müşahidə olunur.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Naxçıvançaydan sel keçir.
Selin əsasən Şahbuz rayonu ərazisindən keçdiyi bildirilir.