Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazir: "Əməyin mühafizəsi üzrə daha 111 standart hazırlanır"
"Ölkəmizdə əməyin mühafizəsi üzrə normativ çərçivənin təkmilləşdirilməsi məqsədilə 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanır".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar bu gün keçirilən konfransda deyib.
O, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görüldüyünü vurğulayıb.
Nazir hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində işlər aparıldığını da deyib.
Bu dəyişikliklərlə qanunvericilikdə məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və s. müddəaların təsbit olunmasının nəzərdə tutulduğunu bildirib.

Aləmdə Nəsib
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Bu ilin dörd ayı ərzində 17 mindən çox şəxsə pensiya təyinatı aparılıb
- Məktəbdə müəllim dərs zamanı xəsarət aldı - Direktor min manat cərimə olundu
- Yanvar-aprel aylarında pensiya ödənişlərinə iki milyard manatdan çox vəsait yönəldilib
- 38 yaşlı sabiq məmur həbsxanada öldü
- Nazirliyin qəbul otağında məmura hücum edən qazilərə hökm oxundu