"Yüksəliş" müsabiqəsində 5 il ərzində mentorluq etdiyim, görüşdüyüm qaliblərin, finalçıların sayını itirmişəm. İllər boyu elm və təhsil sahəsində aparılan islahatlara, görülən işlərə nəzər yetirsəniz, görərsiniz ki, Azərbaycan dövlətinin prioriteti insan kapitalının inkişafıdır. İnsan kapitalının inkişafı tək orta məktəbdə, ali məktəbdə, iş yerində olmur. Bu, davamlı bir prosesdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının maliyyə naziri, "Yüksəliş" Təşkilat Komitəsinin üzvü Sahil Babayev deyib.
O bildirib ki, Maliyyə Nazirliyinin 66 əməkdaşı "Yüksəliş" müsabiqəsində iştirak edib: "Bir finalçımız var".
Məhərrəm Əliyev