"TəhsilPlus" kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını "Mastercard" texnologiyaları təmin edib".
Oxu.Az xəbər verir ki, bunu "Mastercard" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar "TəhsilPlus" kartının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri "Mastercard"ın "Priceless Specials" platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər:
"TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "Mastercard" şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.
Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə "TəhsilPlus" kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır".
Qeyd edək ki, "TəhsilPlus" kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə ən çox müraciət olunan bir sıra partnyorlarda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da güzəştlər tətbiq olunur.
Aygün Mirakif