"TəhsilPlus" kartı tələbələrlə yanaşı təhsilverənlərə də veriləcək".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "TəhsilPlus" kartının təqdimat mərasimində bildirib.
Nicat Məmmədli vurğulayıb ki, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına sərf ediləcək:
"Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək".
Qeyd edək ki, "TəhsilPlus" kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə ən çox müraciət olunan bir sıra partnyorlarda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da güzəştlər tətbiq olunur.
Aygün Mirakif