Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazir müavini: "Media ilə səmərəli əməkdaşlıq strateji hədəf və əsas prioritetlərimizdəndir"
"1875-ci ildə əsası qoyulan milli mətbuatımız bu gün müasir çağırışlara cavab verərək, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi, bəşəri dəyərlərin qorunub saxlanması istiqamətində mühüm rol oynayır".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mayın 2-də "İctimai proseslər media müstəvisində" adlı forumda çıxış edərkən deyib.
Nazir müavini bildirib ki, ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanında tərəqqi və müasir tələblərə uyğunlaşma üçün münbit şərait yaradır:
"Bu yaxınlarda uğurla həyata keçirilmiş onlayn layihələr, internet vasitəsilə əldə olunan nailiyyətlər informasiya əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb, ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat əldə etməsinə şərait yaradıb".
O qeyd edib ki, rəqəmsal media ictimai nəzarət, şəffaflıq və sosial məsuliyyət funksiyalarını daha da gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin formalaşmasına və ictimaiyyətin məlumatlara çıxışının təmin edilməsinə töhfə verir:
"İnsanların gündəlik həyatında uğura, müsbət davranış modelinə və düzgün həyat tərzinə nail olması üçün media böyük rol oynayır. Media həm də cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirərək vətəndaşlarla sağlam dialoqun qurulmasında mühüm vasitədir. Media ilə səmərəli əməkdaşlıq sağlam informasiya mühitinin formalaşdırılması bizim üçün strateji hədəf və əsas prioritetlərimizdəndir".
Aləmdə Nəsib
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM
- Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək
- Balakəndə sərnişin kanat yolu tikiləcək - Beş milyon manat ayrıldı
- Azərbaycanın gömrük postlarında 800-ə yaxın yük avtomobili gözləyir
- "Google Chrome"da boşluq aşkarlanıb