20 Yanvar Ümumxalq Hüzn Günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, yanvarın 20-də havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir:
“Yanvarın 19-u axşam və 20-də bəzi yerlərdə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək”.
E.Ə.
www.oxu.az