Oğuz rayonunun Calut kənd sakinləri meşə ərazilərində yaranmış antisanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Oxu.Az-ın qaynar xəttinə (+994 555 224 12 12) daxil olan şikayətdə meşəlik ərazilərin müxtəlif məişət tullantıları ilə çirkləndirildiyi bildirilib.
"Bu ərazilərə baxan yoxdur. Bu cür antisanitar vəziyyət həm təbiətə ciddi ziyan vurur, həm də bölgənin ekoloji tarazlığına mənfi təsir göstərir", - deyə şikayətdə vurğulanıb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, polisin müşayiəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən Calut kəndi ərazisindəki antisanitar vəziyyət aradan qaldırılıb.

