İl ərzində respublikamızda 60 minə yaxın ölüm halı qeydə alınır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəmizdə vəfat etmiş şəxsin ailəsinə verilən birdəfəlik müavinətin (dəfnpulu) məbləği qanunvericiliyə görə, mərhumun əmək pensiyaçısı olub-olmamasından və ya işləyib-işləməməsindən asılıdır. Vəfat etmiş şəxs əmək pensiyaçısı olubsa, onun ailəsinə orta əmək pensiya məbləğinin 3 misli qədər dövlət yardımı ayrılır.
Əgər mərhum işləyən şəxs olubsa, qanunvericilikdə həmin şəxsin ailəsinə dəfn üçün müəyyən olunmuş məbləğdə müavinət təyin edilir.
2013-cü ildə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına 62,3 milyon manat məbləğində müavinət ödənilib. Bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub. Həmin vəsaitin 14,9 faizi dəfn üçün ödənilən müavinətlərin payına düşür.
Bu isə o deməkdir ki, 2013-cü ildə Azərbaycanda dünyasını dəyişmiş şəxslərin ailələrinə 9 milyon 282 min 700 manat dəfnpulu ödənilib.