Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Otto"dakı davada tutulan tələbəyə görə təcili iclas keçirildi, azadlığa buraxıldı
Bakıda gecə klubunda dava baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə martın 18-də Səbail rayonu ərazisində yerləşən "Otto Klub"da qeydə alınıb.
Maraqlıdır ki, həmin gün dava ilə bağlı həbs edilən tələbə bayram günü azadlığa buraxılıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ötən gün bu qərarı çıxarıb.
İş materiallarına əsasən, Türkiyədə qiyabi təhsil alan Elvin sözügedən klubda tanımadığı şəxslə mübahisə edib və ona yüngül bədən xəsarətləri yetirib. Hadisədən sonra polis tərəfindən saxlanılan Elvin Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Onun müdafiəçisi qərardan apellyasiya şikayəti verib. Şikayət ərizəsindən Elvinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi və kimyaterapiya müalicəsinə ehtiyacı olduğu məlum olub. Bundan əlavə, şəxsin ilk dəfə inzibati xəta törətdiyi qeyd edilib.
Növbətçi hakim Cavid Hüseyn bayram günü iclas keçirərək Elvinin 15 günlük inzibati həbs cəzasını 300 manat cərimə ilə əvəz edib. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı
- Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR
- Tiktoker Nurdan ev dustaqlığına buraxıldı
- Bakıda saxlanılan keçmiş hakim Yelena Xaxaleva Rusiyaya verilmədi