Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Ayaz Nizamoğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb.
Ağır yaralanan uşağı xəstəxanaya aparsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Oxu.Az xəbər verir ki, 3 yaşlı övladını itirən tanınmış jurnalist Ayaz Nizamoğlu hadisə ilə bağlı kədərini Facebook-dakı dostları ilə paylaşıb:
“Həyatıma bir mələk gəldi... Allah ona 3 il ömür biçdi. 3 il o ailəmizi sevincə qərq elədi. Vaxtın tamamında isə getdi. İşığa doğru... Cənnətə doğru... Yolun açıq olsun, Maqsud!” – deyə Ayaz Nizamoğlu sosial şəbəkədəki səhifəsində bildirib.
