Təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, son vaxtlar Azərbaycanda populyar olan sosial şəbəkələrdə guya Oxu.Az saytından xəbərlərin “skrin”ini görə bilərik. Lakin saxta olduğunu anlamaq üçün onlara bir az nəzər salmaq kifayətdir.
Saxta dizayn ümumilikdə saytımızın dizaynına bənzəsə də, ayrı-ayrı detallar dərhal fərqləri büruzə verir.
Məsələn, saytımızın olduğu iddia edilən “skrin”də “43 il” göstərildiyi yerdə “dislayk”larımız göstərilib, amma “il” sözü bu hissəyə heç bir məntiqlə sığmır (FOTO 1).

FOTO 1
Oxu.Az saytındakı xəbərlərin yayımlandığı ay isə heç vaxt tam yazılmır (FOTO 2).

FOTO 2
Noyabr ayı bizdə “noyab.” kimi göstərilir, “skrin”də olduğu kimi, “noy” kimi yox (FOTO 3).

FOTO 3
Biz heç vaxt savadsız başlıqlara yol verməmişik və heç vaxt buna yol vermərik (FOTO 4).

FOTO 4
Ağır müharibə şəraitində təxribatlara kimin ehtiyacı olduğunu dəqiq bilmirik, ancaq bunların düşmən tərəfinin hiyləgərliyi olduğunu təxmin edirik.
Buna görə də Oxu.Az komandası adından rəsmən ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edərək, açıq şəkildə təxribat xarakterli saxtakarlıqlara diqqət yetirmələrini, bunların növbəti dəfə yayılmasının qarşısını almalarını xahiş edirik.
Əziz oxucularımız, sizə bildiririk ki, həmişə diqqətli olasınız, məlumatları yalnız Oxu.Az saytında oxuyasınız və sizə göndərilən heç bir “skrin”ə inanmayasınız.