“Tottenhem”in baş məşqçisi Joze Mourinyu UEFA Avropa Liqasının qrup mərhələsində Bolqarıstanın “Lüdoqorets” klubu üzərində qələbədən sonra öz “Instagram” səhifəsində diqqət çəkən foto paylaşıb.
Portuqaliyalı mütəxəssis paylaşdığı fotoya “Ən yaxşı oynamadığımız halda qələbə qazanarkən” şərhini yazıb.
Xatırladaq ki, bu gecə Avroliqada səfərdə Bolqarıstanın “Lüdoqorets” klubu ilə qarşılaşan “Tottenhem” 1:3 hesabı ilə qələbə qazanıb.
