Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paşinyan sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır? - Paytaxt sakinləri ilə SORĞU
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatları və diplomatik addımları ilə sülh prosesinə meyilli görünsə də, praktiki nəticələr gecikdirilir.
Bir tərəfdən Nikol Paşinyan regionda uzunmüddətli sabitliyə nail olmaq üçün sülh sazişinin vacibliyini vurğulayır, digər tərəfdən isə Ermənistanın delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi kimi məsələlərdə qeyri-müəyyən mövqe sərgiləməsi vaxt uzatmaq cəhdi kimi görünür.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "Nikol Paşinyan Azərbaycanla sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır?" - sualı ilə sorğu keçirib.
Sakinlərin bəziləri Ermənistan Baş nazirinin sülhdə maraqlı olduğunu söyləsə də, çoxu ona inanmadığını deyib.
"Paşinyan nə vaxt sözünün üstündə durub ki? Onun kimi adamdan hər şeyi gözləmək olar", - deyə sakin bildirib.
Ətraflı süjetdə:

"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyanın kəskin dönüşü: Ermənistan və Rusiya dostluğu haqqında danışmaq hələ tezdir
- Paşinyan Əraqçını qəbul edib
- Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir?
- Paşinyan Azərbaycanın tələblərinə uyğun bəzi dəyişikliklərə gedəcəyinin anonsunu verib
- Makrona zəng, sərhəddə atəş səsləri - Erməni baş nazir nədən narahatdır?