Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul oğurlayan şəxs SAXLANILDI
Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxlayıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.
Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fevralın 26-da A.Quliyevə məxsus "Mercedes" markalı avtomobildən 90 min manat və 20 min dollar (34 min manat) oğurlanıb.
Hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı