Bakıda, Memarlar İttifaqının binasının yaxınlığında qədimi görünüşə malik, amma görkəmindən "cin ürkən" bir tikili var. Səliqəsiz tikililərin əhatəyə aldığı tısbağa çanağına oxşayan, suvağı tökülmüş tikili, əslində, fərsiz "memar"ın uğursuz əl işi deyil, vaxtilə hamam kimi istifadə olunan binanın gümbəzidir.
Oxu.Az-ın məlumatına görə, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 76, ünvanında yerləşən hamam xüsusi mülkiyyətdədir.
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova Oxu.Az-ın sorğusuna cavabında bildirib ki, sözügedən hamamın 1876-cı ildə inşa olunduğu məlum olsa da, o, daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.
"Buna baxmayaraq, həmin tarixi tikili reyestrə daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi sənədləşmə işləri aparılıb. Hamamın reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir".
PhotoStock.az-ın əməkdaşları sözügedən hamamda olub, oradan fotoreportaj hazırlayıblar:
Daha çox şəkil burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər