Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paytaxtda sakinlərin yolunu dövlət qurumu satıb?
Paytaxtın Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində yaşayan sakinlər qəsəbəyə giriş-çıxış yollarının bağlanmasından şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə sahibkar torpaq sahəsi alaraq restoran sahibinə satıb. Daha sonra həmin yerdə hasar çəkilərək onların yolu bağlanıb.
"Qəsəbəyə çıxmaq üçün 100 metr yol var idi. İndi uşaqlarımız da, özümüz də 2-3 km yol getməyə məcburuq", - deyə sakin gileylənib.
Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin onlarla heç bir əlaqəsi yoxdur və məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti səlahiyyətli orqandır.
Bu qurumdan isə məlumat verilib ki, Bakı Şəhər İcra Hakimiyyəti və ya Qaradağ Rayon İcra Hakimiyyəti müraciət etdiyi təqdirdə Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin ayrılmasına qanunvericiliyin tələblərinə uyğun münasibət bildirəcək.
O da bildirilib ki, xidmətin balansında olan 22 saylı avtodayanacağın hərrac vasitəsilə özəlləşdirilməsi barədə 21.10.2016-cı il tarixdə qərar qəbul edilib, 13.02.2018-ci il tarixdə keçirilən hərracda obyekt torpaq sahəsi ilə birlikdə hərracın qalibi tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Həmin ərazi yol istismar sahəsi olaraq nəqliyyat-yol infrastrukturuna daxil olmayıb və bu halı təsdiq edən hər hansı sənəd təqdim edilməyıb.
"Müvafiq ərazidə yerli icra hakimiyyəti tərəfindən inşa edilmiş nəqliyyat-yol infrastrukturu mövcuddur. Sakinlər daha yaxın olması üçün özəlləşdirilmiş sahədən yol istəyirlər. Bu isə torpaq mülkiyyətçisi ilə istifadəçilər arasında qarşılıqlı razılaşma, yaxud məhkəmənin qərarı ilə mümkündür", - deyə əlavə edilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Balakən sakini məktəbin şəraitsizliyindən ŞİKAYƏTÇİDİR
- Aptekdə satılan vaxtı keçmiş "kəpənək"lər məhv ediləcək: Plandankənar yoxlamalar aparılacaq
- Binə kəndinin sakinlərinin yol problemi: "Asfalt çəkməyə pulları yoxdursa, ÇINQIL TÖKSÜNLƏR"
- Sumqayıtda sürücülərin yol nişanı ilə "imtahanı": Görməyi bacaran təəccüblənir
- "Ukrayna dairəsi"ndə təmir bitdi, problemlər başladı: "Hər gün TIXACDA QALIRIQ"
Rəylər