Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pəncərədən yıxılıb xəsarətlər alan şəxs xilas olundu
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Orxan Həşimov yaşadığı fərdi yaşayış evinin yanında giriş qapısı olmayan yarımtikiliyə pəncərədən yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə pəncərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

"Xəzər rayonu" teqi üzrə xəbərlər
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Bakıda avtomobillərə və evlərə qənim kəsilənlər SAXLANILDILAR - Aralarında qadın da var
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Bakıda 57 yaşlı kişi özünü asdı