Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş
Pirşağıda dənizdə batan şəxslə bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanov avqustun 19-u ailəsi ilə istirahət məqsədilə Pirşağı çimərliyinə gedib. Ailəsi onun itkin düşdüyünü axşamüstü öyrənib və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat veriblər.
Qeyd edək ki, Kənan Qurbanov subay olub və skripka ifaçısı idi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanovun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində bir nəfər dənizdə batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
"Suda (arxda, çayda, göldə, kanalda, dənizdə, okeanda) boğulma hadisəsi" teqi üzrə xəbərlər
- "Əllərini yumaq istədi, həyatından oldu" - 14 yaşlı məktəblinin faciəli sonu
- Rusiyada dəhşətli hadisənin anbaan görüntüləri: İki kişi buzlu gölə düşdü, biri öldü
- Bakıdan Neftçalaya qonaq gedən üç yaşlı uşaq suda boğularaq ölüb
- Göyçayda su kanalında meyit tapılıb
- Meyiti aşkarlanan 21 yaşlı tələbənin FOTOSU
Rəylər