Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Piyada keçidi və işıqfor olmadığından tez-tez qəzaların baş verdiyi paytaxt yolu
Nərimanov rayonu, Təbriz küçəsində piyada keçidi və işıqfor olmadığı üçün bu ərazidə tez-tez qəzalar baş verir.
Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə əraziyə yaxın yaşayan sakinlər belə deyirlər.
Bununla bağlı görüntülər də göndərilib. Hətta sakin iddia edir ki, ərazidə piyada keçidi olmadığından yolu keçməyə çalışan uşağı avtomobil vurub və bu, tez-tez baş verən haldır.
Ərazidə yaşayan sakinlər təhlükəsizlik üçün yolda piyada keçidinin olmasını zəruri hesab edirlər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
Ətraflı videomaterialda:

"Nərimanov rayonu" teqi üzrə xəbərlər
- Bakıda bir istiqamətdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir
- Bakı, Sumqayıt və Ağcabədidə ağaclar qanunsuz kəsilib, təbiətə 173 min manata yaxın ziyan vurulub
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakıda yeni park salınacaq
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı