Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Roma” klubu ilə qarşılacaq “Qarabağ”ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb.
Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla, 3000-dən artıq heyət cəlb olunub.
Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.
E.Ə.
www.oxu.az