Bunu “Media forum” saytına ADNA-nın prorektoru Qasım Məmmədov deyib:
“Bu cür anım tədbiri keçirməyə ehtiyac yoxdur. Tələbələri həyəcanlandırmamaq üçün rəsmi tədbir keçirilməyəcək. Terror dünyanın hər bir yerində olur. Tədbir keçirməklə hadisəni tələbələrin yadına salıb onların əhval-ruhiyyəsini aşağı salmaq istəmirik”.
Qasım Məmmədov bir qrup gəncin aprelin 30-da aksiya keçirmək çağırışına da münasibət bildirib: “Gənclərin keçirəcəyi yürüşə heç bir ehtiyac yoxdur. 30 aprel olayı faciədir. Dövlət səviyyəsində buna qiymət verilib. Hər il həmin tarixdə yürüş keçirib terror baş verən korpusun qabağında şam yandırmaq, gül qoymaqla nə əldə edəcəklər? Belə bir abidə yoxdur. Boş bir binanın qarşısına güllər qoymaqla, şamlar yandırmaqla nə əldə edəcəklər?”
“Facebook” sosial şəbəkəsində 30 aprel terror qurbanlarını anım aksiyası elan edilib. Aprelin 29-dək 1000-dən çox gənc aksiyaya qatılacağını bildirib. Şəbəkədə yaradılan “30 Aprel - ADNA terrorunun 4-cü ildönümü” virtual qrupu vasitəsilə yürüşə altı mindən çox istifadəçi dəvət olunub. Aprelin 30-u saat 15-də Azərbaycan Dövlət Neft Akademiyası 2-ci korpusun qarşısına yürüş planlaşdırılır.
www.aznews.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin