"Əhali arasında aparılan maarifləndirmə tədbirləri artıq effektiv nəticə verib. Sanitar tələblərə cavab verməyən yerlərdə heyvanların kəsilməsi azalma dinamikasındadır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev mayın 25-də keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar başlayan hazırlıq işləri bu gün başa çatıb:
"Adi günlərdən fərqli olaraq bayram ərəfəsində heyvanların bir yerdən başqa yerə daşınması və kəsilməsi həyata keçirilir ki, burada bioloji təhlükəsizlik tələblərinə riayət olunması gərəkdir.
Bayram mübasibətilə 134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb. 75 ünvanda kəsim və satış, 32 ünvanda yalnız kəsin, 27 ünvanda yalnız satışı həyata keçiriləcək. Respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq. Heyvanların kəsimi və satışında hər hansı çətinlik olmayacaq".